`Əl-Əqsa`ya hücum həyasızlıqdır 06 Noyabr 2014 02:00 Dünya Davudoğlu İsrailin əl-Əqsa məscidinə girişi məhdudlaşdırmasına münasibətində bu cür ifadələr səsləndirib Əl-Əqsa məscidinə edilən hücumlar barbarlıq və həyasızlıqdır. Bu hücumlar şiddətli şəkildə qarşılıq görməlidir". Türkiyənin baş naziri Əhməd Davudoğlu Sionist rejimin Qüds şəhərində müsəlmanların ilk qibləsi olan əl-Əqsa məscidinə girişi məhdudlaşdırmasına dair münasibətində bu cür ifadələr səsləndirib. Ankarada çıxışı zamanı Davudoğlu Yaxın Şərqdə yaşanan gərginliklə əlaqədar Fələstinə dəstəyini ifadə edib. “Türkiyə hökuməti olaraq biz hər zaman çətin anlarında fələstinli qardaşlarımızın yanında olmuşuq. Qüds və əl-Əqsa məsələsi Türkiyənin Yaxın Şərq siyasətinin mərkəzində duran məsələlər olub. Qüds sülh şəhəri olmalı ikən, İsrailin bu mövqeyi nəticəsində, barbarlığın, zülmün bir rəmzinə çevrilib. Bütün dünya ictimaiyyətini, müsəlmanları əl-Əqsa məscidinə sahib çıxmağa çağırıram” - deyə nazir qeyd edib. Davudoğlu qeyd edib ki, Türkiyə İsrailin bu hərəkətlərinə qarşı beynəlxalq səviyyədə tədbir görməyə çalışacaq. anspress / Teqlər : #`ƏlƏqsa`ya hücum həyasızlıqdır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Facebook`un Türkiyə ilə bağlı hesabatı Səudiyyə Ərəbistanın Mədəniyyət və İnformasiya Naziri vəzifəsindən kənarlaşdırılıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO