Səudiyyə Ərəbistanın Mədəniyyət və İnformasiya Naziri vəzifəsindən kənarlaşdırılıb

Anti-şiə peyk kanalın ofisinin bağlanması qərarını verdiyinə görə, Səudiyyə Ərəbistanı Mədəniyyət və İnformasiya Naziri tutduğu vəzifəsindən azad edilib. 
Maide.az-ın məlumatına görə, Səudiyyə Ərəbistan Kralı çərşənbə günü Əbdül Əziz Muhyiddin Xocanı vəzifəsindən azad edib, yerinə  Bender ibn Məhəmməd Əsəd Həcarı təyin edib. 
Müçahidəçilərin fikrincə, Muhyiddin Xocanın vəzifədən kənarlaşdırılması onun "Vesal" kanalının ofisini bağlatdırması ilə əlaqədardır. 
Lakin, onun işdən azad olunmasına dair sənəddə bildirilir ki, bu qərar onun şəxsi xahişi ilə həyata keçirilib. 
Daha öncə isə Muhyiddin Xoca şəxsi twitter səhifəsində bildirmişdir ki, " ər-Riyadda "Vesal" kanalının yayınlanmasına qoyulan qadağa mənim tərəfimdən olub"
Qeyd edək ki, "Vesal" telekanalı Səudiyyə Ərəbistanında dini qarşıdurma yaradan ən ekstremist, anti-şiə  kanallarından biridir. //

 

Google+ WhatsApp ok.ru