Əsəd ordusu Hələb şəhərini ələ keçirdi

Suriya Orsusu Hələb ilə Türkiyə arasındakı 4 kilometrlik dəhlizi ələ keçirib və Azad Suriya Ordusu şəhəri tərk edib. Maide.az xəbər verir ki, Suriya ordusu bir müddətdir ki, Hələbi mühasirədə saxlayırmış və qarşıdurmalar Handarat bölgəsində intensiv xarakter alıbmış. Ordunun irəliləməsi ilə şəhərdə olan Azad Suriya Ordusunun əsgərləri də bir gün əvvəl şəhərdən çəkilib. 
 
Çəkilmədən sonra Hələb və ətrafında ASO-dan heç kimin qalmadığı bildirilir. Beləliklə, Əsəd iki ildən sonra Hələbdə hakimiyyəti tam ələ keçirib. Hələbin ələ keçirilməsi ilə "müxaliflərin" Suriya daxilində aktiv müharibə apardıqları heç bir böyük şəhər mərkəzi qalmayıb və Əsəd ordusu İŞİD-in əlindəki Rakka və Dey Əz-Zordan başqa Suriyadakı bütün şəhərlərdə nəzarəti böyük miqdarda ələ keçirib.

Google+ WhatsApp ok.ru