Türkiyənin bütün universitetlərində məscid olacaq

Yüz minlərlə tələbənin ehtiyaclarını təmin etmək məqsədi ilə, Türkiyənin Din İşləri İdarəsi müsəlman tələbələrin həyatını asanlaşdırmaq üçün bütün dövlət universitetlərində məscid tikdirəcəyini açıqlayıb.
 
Maide.az xəbər verir ki, idarənin rəhbəri Mehmet Görmez bildirib ki, "məscidlər 80-dən artıq universitetdə tikiləcək, onlardan 15-i artıq istifadəyə verilib, 2015-ci ildə biz daha 50 məscid tikəcəyik. Bizim ölkədə 20 milyon gənc əhali yaşayır, biz onların hər birinə müraciət edirik."
 
Yeni məscidlərin tikilməsi qərarı gənc nəsillərə bir çağırış, dəvət kimi giymətləndirilib.
 
M.Görmezin sözlərinə görə, gənclərə mənəvi dəstək, məsləhət verməsi üçün hər bir məscidin dövlət tərəfindən maliyyələşdirilən öz imamı olacaq. //

Google+ WhatsApp ok.ru