`Əvvəlcə amerikalılarla döyüşüb, indi isə İŞİD-i əzib keçir`

Amerikanın məşhur "Nyusvik" jurnalı İranlı general Qasim Süleymaninin şəklini üz səhifəsinə vuraraq, "Əvvəlcə amerikalılarla döyüşüb, indi isə İŞİD-i əzib keçir" yazısına yer verib.
 
Maide.az xəbər verir ki, dərc olunan yazıda Süleymani ilə bağlı İranın İŞİD ilə mübarizədəki kölgədəki adamının İraqlılara təlim keçdiyi bildirilir.
 
Amerika jurnalı İraqlıların İranın bu ölkədəki varlığı ilə bağlı heç bir şübhə etmədiklərini və İraqlı millət vəkili və keçmiş İraq Milli Təhlükəsizlik müşaviri olan Əl-Rabiinin "Mosulun işğalından üç gün sonra İraqa yardım edən kim idi?" sözlərinə yer verib.
 
"Nyusvik" bu məqalənin digər hissəsində isə bir çox hərbi rəhbərliyin general Süleymaniyə qeyri-adi qabiliyyətlərə malik komandir kimi baxdıqlarını da yazıb.
 
Bir müddət əvvəl bəzi qərb mətbuatı Qasim Süleymaninin Suriya və İraqdakı İŞİD ilə mübarizədəki rolu barədə yazaraq, İraq və Suriyada İŞİD-i məğlubiyyətə uğradan və yox edənin əslində Amerika deyil, general Süleymani olduğunu bildirirdilər.

Google+ WhatsApp ok.ru