Britaniyanın ən məşhur adı - MƏHƏMMƏD

Britaniyanın BabyCentre şirkəti mütəmadi olaraq yeni doğulan körpələr haqda müxtəlif statistik informasiyalar dərc edir. Budəfəki məlumatda isə bildirilir ki, Böyük Britaniyada doğulan oğlan uşaqlarına ən çox Muhəmməd adı verilir.
 
Daha öncə bu ad yalnız Londonda ən məşhur ad kimi tanınırdı, lakin indi bütün ölkə üzrə Muhəmməd adı reytinqdə  birincidir.
 
Bu ad hətta Britaniyada ənənəvi sayılan və ilk onluğa düşən Cek, Harri, Çarli və Ceyms kimi adları da qabaqlayıb.

Google+ WhatsApp ok.ru