`Əl-qaidə` Yəməndə amerikalı girovu edam etməklə hədələyir - VİDEO

Maide.az xəbər verir ki, "Əl-Qaidə" terror şəbəkəsi Yəməndə ələ keçirdiyi 33 yaşlı Amerika vətəndaşı Lyuk Somersi edam edəcəyi ilə bağlı açıqlama yayıb.
 
Amerikalı Yəmənin paytaxtı Sana şəhərində 2013-cü ilin sentyabrında küçədən oğurlanıb.
 
"Washington Post" yazır ki, Seomrsin və onu ölümlə hədələyən terrorçuların videosu dünən internetdə yayılıb.
 
Videoda amerikalı bildirir ki, onu artıq 1 ildən çoxdur saxlayırlar və bu vəziyyətdən çıxmaq üçün hər cür köməyi qəbul etməyə hazırdır: "Mən bilirəm ki, həyatım təhlükədədir. Budur, mən burada oturmuşam, xahiş edirəm, əgər nəsə etmək mümkündürsə, bunu edin. Çox sağ olun."

Google+ WhatsApp ok.ru