Ərdoğan İŞİD dəstəkçisinin İnterpola axtarışa verməsinə etiraz etdu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Diyanət İşləri Başçılığı tərəfindən keçirilən Din Şurasındakı çıxışında İnterpol tərəfindən İŞİD terrorçularına açıq dəstək göstərən Yusif əl-Karadavi haqqında çıxarılan "qırmızı bülleten" qərarına toxunub.
 
Maide.az xəbər verir ki, Ərdoğan, "çevriliş ilə iş başına gəlmiş bir zat çıxır və İnterpola göstəriş verir. İnterpola göstərişlə Müsəlman Alimlər Birliyi Başçısı Yusif əl-Karadavi "qırmızı bülleten" ilə axtarmaq üçün addım atılır. Bu necə işdir. Elm siyasətin əmrində olmaz. Siyasi elmin nökəri olur", - deyib.
 
Prezident Ərdoğan çıxışında işlərin tərsinə döndüyünü, bütün bu proseslərin dünyanın yaxşıya deyil, pisə doğru getdiyini bildirərək belə deyib:
 
"Arzumuz odur ki, bunu surətlə yenidən müzakirə edək. İslam dünyası ilə də bölüşək. İnanıram ki, bu, Türkiyənin edəcəyi ən mühüm vəzifələrdən biri olacaq."
 
Qeyd edək ki, Beynəlxalq Polis (İnterpol) bir çox mübahisələrlə gündəmə gələn Qətərli müfti Yusuf Kardavini "qərməzə bülleten"lə axtarışa götürüb.
 
Maide.az xəbər verir ki, İnterpol Yusuf Kardavinin Qətər və Misir pasportlarını nümayiş edərək bu müftinin axtarıldığını barədə məlumat yayımlayıb.
 
Kardavinin axtarılması Misir dövlətinin bəzi sənədlərlə etdiyi şikayətdən sonra başlayıb.
 
Kardavi insanları adam öldürməyə təhrik və təşviqdə ittiham edilərək, zindanda olan cinayətkarların fərarilik edə bilmələri üçün dəstək çağırışı etmək, dövlət binalarının yandırılması və korlanmasına rəhbərlik kimi mövzularda günahlandırılır.
 
Bundan əlavə, Kardavi İŞİD terrorçularına açıq dəstək göstərən şəxs kimi də tanınır.

Google+ WhatsApp ok.ru