İsraildən həyasız Qəzza açıqlaması!

İsrail rejiminin prezidenti Rivlin Qəzza zolağında həyat standartlarının yaxşılaşdırılması üçün BMT-yə dəstək verməyə hazır olduqlarını bildirib

Sionist rejimin Kanal 2 televiziyasının xəbərinə görə, prezident Rivlin Qəzzanın yenidən abadlığı işlərinə məsul olan Birləşmiş Millətlər Təşkilatının (BMT) katibi Geeta Vermanı qəbul edib. İclasda Qəzzada baş verən bəşəri problemlərin həlli müzakirə olunub.
 
Rivlin görüşdə, "İsrail Qəzza xalqının qarşılaşdığı çətinliklərə əhəmiyyət verir və Qəzzada həyat standartlarının yaxşılaşdırılması üçün BMT-yə dəstək verməyə hazırdır", - deyib.
 
MİSİR DƏ DƏSTƏK VERƏCƏKMİŞ!
 
Verma isə Qəzzadakı problemlərin həlli və həyat standartlarının yaxşılaşdırılması üçün Misirin da dəstək verməyə hazır olduğunu bildirib.
 
QƏZZANI XARABA QOYUB
 
İsrail rejimi illərdir blokada altında saxladığı Qəzzaya 7 iyulda təcavüz etmiş 26 avqustda əldə edilən atəşkəslə hücumlarına son vermişdi. Hücumlarda 2 min 158 nəfər şəhid olmuş, 11 mindən artıq adam yaralanmışdı. Sözügedən hücumlarda minlərlə tikili tamamilə dağıdılıb, on minlərlə bina da zərər görmüşdü.
 
MİSİR İSƏ SƏRHƏD QAPISINI BAĞLAYIB İNSANLARI ACLIĞA MƏHKUM EDİB
 
Misir isə Qəzzanın dünyaya açılan yeganə qapısı olan Rifah keçid məntəqəsini Sina yarımadasında baş verən bəzi hadisələri əsas göstərərək bağlamışdı.

Google+ WhatsApp ok.ru