Əliməmməd Nuriyev ağır qəzaya düşdü 17 Dekabr 2014 02:00 Hadisə Bu dəqiqələrdə Bakının “Azadliq” meydanında baş verən avtomobil qəzasında keçmiş millət vəkili Əliməmməd Nuriyev ağır xəsarət alıb. BMV markalı avtomobillə Əliməmməd Nuriyevin idarə etdiyi “Mitsubişi Pajero” markalı avtomobilin toqquşması nəticəsində ikinci avtomobil aşıb. Yaxınlıqdakı vətəndaşlar keçmiş deputatı tərsinə çevrilmiş avtomobildən çıxarıblar. Ə.Nuriyev başından xəsarət alıb. Onun avtomobili isə tamamilə yararsız vəziyyətə düşüb. Teqlər : #Əliməmməd Nuriyev ağır qəzaya düşdü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan gömrükçüləri ölkəyə narkotik gətirmək istəyən ana və qızını saxlayıb Hərbi təyyarə qəzaya düşdü