Hərbi təyyarə qəzaya düşdü

Hərbi təlimlər zamanı baş vermiş qəzada 4 hərbçi dünyasını dəyişib

Misirdə hərbi təyyarə qəzaya uğrayıb.

ANS PRESS-in məlumatına görə, Misir ordusu sözçüsü general Muhamməd Səmir sosial şəbəkəki rəsmi hesabında yazdığı açıqlamada Misir və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) keçirdiyi hərbi təlimlərdə hərbi təyyarələrdən birinin qəzaya düşdüyünü bildirib.

Ötən gün axşam saatlarında texniki nasazlıq səbəbilə qəzaya uğrayan hərbi təyyarədə 2-si BƏƏ-dən olmaqla 4 hərbçinin dünyasını dəyişdiyi vurğulanır. 

BƏƏ-nin “WAM” xəbər agentliyi də təyyarədə olan hərbçilərin ölüm faktını təsdiqləyib. /

Google+ WhatsApp ok.ru