Ərdoğan: `Avropa Birliyi bizə demokratiya dərsi verə bilməz`

Konya-İstanbul arası Yüksək Sürətli Qatar səfərlərinin başlamasına görə açılışda danışan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Birliyinə sərt reaksiya verib. 
 
Maide.az xəbər verir ki, Ərdoğan, "AB bizə demokratiya dərsi verə bilməz. Bizi bir milli şüur və idrak içərisində götürürlərsə götürsünlər, götürmürlərsə götürməsinlər", - deyərək AB-yə etiraz edib.
 
Ərdoğan, Sabancı cinayətini işləyən terroristlərin Avropada əlini-qolunu yelləyərək gəzdiyini, eyni şəkildə 7 türkiyəlini öldürənlərin mühakiməsinə mətbuat mənsublarının daxil edilmək istənmədiyini xatırladıb.
 
Türkiyə vətəndaşlarının yaşadıqları evlərin atəşə tutulduğunu və bibi də cinayətkarların tapılmadığını söyləyən və Qərbin Misir ilə Suriya mövzusundakı mövqelərini tənqid edən Ərdoğan, "AB-nin 1 milyon 600 min insanı öz evimizdə saxladığımız Türkiyəyə söyləyəcəyi sözü yoxdur. Bu ana qədər 5 milyard dollardan artıq pul xərclədik. Xaricdən bu günə qədər gələn dəstək 200 milyon dollar, xərclədiyimiz 5 milyard dollar. Bunlar isə sadəcə nəsihət verirlər", - deyə danışıb.
 
Bundan 55 il əvvəl - 1959-cu ildə Türkiyənin AB-yə üzvlük müraciəti etdiyini xatırladan Ərdoğan, 17 dekabr 2004-cü ildə müzakirələrə başlamaq qərarının verildiyini və imzaların atıldığını söyləyib.
 
Qeyd edək ki, Türkiyədə son günlərdə "Zaman" qəzeti və STV də daxil olmaqla Gülən qrupuna qarşı əməliyyata AB və İnsan Haqqları Təşkilatından sərt etiraz səslənmişdi, həbs edilənlərin buraxılması istənmişdi.

Google+ WhatsApp ok.ru