Talibanın Əfqanıstanda götürdüyü girovlar xilas edildi

Əfqanıstanda Taliban tərəfindən bir banka təşkil edilən hücumda 7 nəfər ölüb, 7-si isə yaralanıb.
 
Maide.az xəbər verir ki, Əfqanıstanın cənubundakı Helmand şəhərində bank şöbəsinə təşkil edilən hücumdan sonra terrorçularla təhlükəsizlik qüvvələri arasında başlayan qarşıdurmalar başa çatıb.
 
Helmand Qubernatorluğunun mətbuat katibi Ömər Zvak Laşkergah şəhərindəki bank şöbəsinə Taliban tərəfindən təşkil edilən hücumun sona çatdığını, təsdiqləyib.
 
Qarşıdurmanın təxminən 3 saat davam etdiyini deyən mətbuat katibi, silahlı təcavüzkarların 5 nəfər olduğunu deyib. Onun sözlərinə görə, terrorçularının hamısının üzərinə bomba bağlanıbmış və onlardan biri bankın girişində özünü partladıbmış.
 
Hücum vaxtı bankda 22 personal və bir neçə müştəri olduğunu deyən Zvak, "Təcavüzkarlar bank işçilərini müştəriləri girov götürmüşdü, amma qarşıdurma zamanı girov götürülən bütün şəxslər əfqan əsgərləri tərəfindən xilas edilib", - deyə bildirib.
 
Digər tərəfdən, bank şöbəsinə hücumun sona çatmasından sonra bir motosikletə yerləşdirilən bombanın uzaqdan idarəetmə ilə partladılması nəticəsində 1-i əsgər olmaqla 2 nəfər yaralanıb.
 
Xatırladaq ki, Taliban terrorçuları 2011-ci ildə də ölkənin şərqindəki Nanqarhar şəhərində Neway Kabul Bank adlı eyni bankın şöbəsinə hücum edərək, onlarla adamı öldürmüşdü. Əfqanıstan təhlükəsizlik qüvvələri mənsublarının maaşları bu bank vasitəsi ilə ödənir.

Google+ WhatsApp ok.ru