Ərəbistanın Baş müftisi: Şahzadələrin qüsurlarını demək caiz deyil!

Maide.az xəbər verir ki, Ərəbistanın Baş müftisi Şeyx Əbdüləziz Ali Şeyx şahzadələrin qüsurlarından danışmağın caiz olmadığını vurğulayıb və belə danışıb: "Şahzadələr qüsurlarını demək, onların pis əməllərindən danışmaq onlara iftira etmək kimi sayılır və bu əsla caiz deyil. Çünki bu davranış insanların həyatında fitnə və qarışıqlığa səbəb olar."
 
O, bir qədər də irəli gedərək bildirib ki, hər kim şahzadələrin eyblərinin aşkara çıxması üçün bir addım atsa və bir təşəbbüs göstərsə, Allah da ona, eyiblərini açıb özünü rəzil edəcək birini göndərər.
 
Qeyd edək ki, Ərəbistanın Baş müftisinin ən böyük vəzifəsi insanları kralı və kral sistemini müdafiə etməyə dəvət etməkdir.

Google+ WhatsApp ok.ru