Bəhreyn rejimi daha bir nüfuzlu şiə müxalifi həbs etdi

Dünən axşam təhlükəsizlik qüvvələri Bəhreynin ən böyük şiə müxalif təşkilatlarından olan Əl-Vifaqın baş katibi Şeyx Əli Salmanı həbs edərək, naməlum istiqamətə aparıblar. 

Maide.az xəbər verir ki, dekabrın 27-də Bəhreyn Daxili İşlər Nazirliyi Şeyx Əli Salmanı söhbət üçün idarəyə çağırıb. O, Daxili İşlər Nazirliyindən qayıtdıqdan sonra evinə polis basqını olub və həbs edilib.

Ailəsinə onun harada saxlanması barədə heç bir məlumat verməyiblər.

Şeyx Əlinin həbsi həm Bəhreyndə, həm də digər ölkələrdə Əhli-Beyt sevərlər və alimlər tərəfindən tənqid olunub.

Google+ WhatsApp ok.ru