​Türkiyədə unikal yeraltı şəhər aşkar olunub

Türkiyənin Kappadokiya əyalətində aparılan tikinti işləri zamanı əsası 5 min il əvvəl qoyulan qədim yeraltı şəhər aşkar edilib.
"Report" "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, dünyada analoqu olmayan yeraltı yaşayış yerinin tədqiqatına başlayan arxeoloqlar, tapıntının Türkiyədə ən qədim yeraltı məskən olduğunu bildiriblər.
Tarixçilərin ilkin hesablamalarına görə, şəhərin yeraltı qalereyalarının uzunluğu 7 kilometrdən az deyil.
Türkiyənin Mənzil Tikintisi Departamentinin rəhbəri Mehmet Turan bu möhtəşəm tapıntı səbəbindən təqribən 40 milyon dollar dəyəri olan layihənin artıq dayandırıldığını bildirib. /

Google+ WhatsApp ok.ru