İslam dünyasının tanınımış alimləri Şeyx Əli Salmanın həbsinə etiraz edir

Bəhreynin Əl-Vifaq Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın həbsinə dünyanın müxtəlif ölkələrində azadlıq sevər şəxslər etirazlarını bildirməkdə davam edir. 
Maide.az-ın məlumatına görə, İran, Livan, Bəhreyn və İraqda İslam aləminin tanınmış alimləri Şeyx Əli Salmanın həbsinə sərt reaksiya verib. Böyük alimlər Şeyx Salmanın həbsini Bəhreyn xalqına və söz azadlığına hücum kimi dəyərləndiriblər. 
Müctəhidlər Bəhreyndə Ali Xəlifə rejiminin zülm və təzyiqləri ilə bağlı narahat olduqlarını elan ediblər və bildiriblər ki,Bəhreyn hökuməti vəziyyəti daha da gərginləşdirəcək addımlar atmamalıdır. Bəhreyn hökuməti dünya şiələrinin və azadlıq sevər insanların nifrətini qazanmamlıdırlar. 
Ayətullah Sistani Bəhreynin Bağdaddakı səfirliyinə məktub göndərib. Ayətullah Sistaninin Şeyx Əli Salmanın sərbəst buraxılmasını tələb edib. Ayətullah Sistani məktubada bildirib ki, şeyx Əli Salmanın həbsi Bəhreynin xeyrinə deyil. “Bəhreyn rəsmiləri Salmanı tez bir zamanda azad etməli və Bəhreyn xalqından üzr istəməlidir.”
Nəcəfdə olan digər nüfuzlu alim  Ayətullah Bəşir Nəcəfi də Şeyx Əli Salmanın azadlığa buraxılmasını tələb edib. “Biz Bəhreyndə bəzi siyasi fəalların edam hökmü ilə bağlı yayılan xəbərlər və eləcə də Şeyx Əli Salmanın həbsinə görə narahatıq. Bu kimi hərəkətlər Fars Körfəzi bölgəsində təhlükəsizliyin pozulması üçün təhlükədir.  Biz Bəhreyn rəsmilərindən istəyirik ki, Bəhreyn xalqına qarşı zülm və təzyiqlərdən əl çəksinlər”,- Ayətullah Nəcəfinin bəyanatında deyilir. 
Həmçinin  mərcei təqlidlərindən olan Ayətullah Məkarim Şirazi bəyanat yayıb və Şeyx Əli Salmanın həbsinə görə təssüfləndiyini bildirib. “Şeyx Əli Salmanın Bəhreyn təhlükəsizlik qüvvələri tərəfindən həbsinə görə təssüf edirik. Bəhreyn hökuməti xalqın nifrətini artıran və vəziyyəti daha da gərginləşdirəcək addımlardan çəkinməlidir.  Lazımdır Şeyx Əli Salman tez bir zamanda azadlığa buraxılsın və Bəhreyn xalqının hüquqları təmin edilisn”. 
Ayətullah Nuri Həmədani Şeyx Əli Salmanın həbsini insan haqlarının kobudcasına pozulması kimi dəyərləndirib və onun həbsini pisləyib.  “Ali Xəlifə rejimi tərəfindən Bəhreynin müsəlman xalqının öldürülməsi, məscidlərin və hüseyniyyələrin dağıdılması, Quranın yandırılması, Şeyx İsa Qasimə qarşı hörmətsizlik və Şeyx Əli Salmanın həbsini insan haqlarının, söz və əqidə azadlığının kobudcasına pozulmasıdır”.
Ayətullah Həmədani Şeyx Əli Salmanın və digər siyasi məhbusların tez bir zamanda azalığa buraxılmasını tələb edib. 
Ayətullah Ələvi Qorqani də Səudiyyə Ərəbistanda Şeyx Nəmr və Bəhreyndə Şeyx Əli Salmanınn həbsini pizləyib və onların azadlığa buraxılmasını tələb edib.  /
 
 

Google+ WhatsApp ok.ru