“Mənəvi mühitdə qadınların rolu” mövzusunda qadınların toplantısı keçirilib

Yeni Üfüq ”Mənəvi İrsin Təbliği İctimai Birliyi" tədbiri “Qazi Qarabağ” azanı ilə başlayaraq şəhidlərin ruhuna dualar edilib
İslamazeri.az xəbər verir ki, Yeni Üfüq ”Mənəvi İrsin Təbliği İctimai Birliyi" “Mənəvi mühitdə qadınların rolu” mövzusunda qadınların toplantısı keçirib.
Birlikdən verilən məlumata görə, tədbirin əvvəlində “Qazi Qarabağ” azanı səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub.
Tədbirdə çıxış edən təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, Azərbaycanın mənəvi mühitində hər kəsə doğru yol nəsib olmur. Onun sözlərinə görə, bu gün dövlət tərəfindən dini cameədə yaradılan tolerant mühitdən sui-istifadə edənlər var: “Lakin Azərbaycan qadınlarının ailədə, cəmiyyətdə öz vəzifəsi üzərinə övladlarına, gənclərə göstərdikləri doğru yol nəticəsində onlar pis əməllərdən, vərdişlərdən uzaq ola bilərlər.
Yaddan çıxarmamalıyıq ki, bizi qarşıda Qarabağ, işğal olunmuş torpaqların azadlığı gözləyir. Biz də Azərbaycan qadını olaraq, bu yolda əlimizdən gələni əsirgəməməliyik. Bu yolda İslam dininin, Peyğəmbər (s) əxlaqının təbliği haqq yolunda görülən işlərə mübarək vəsilə ola bilər”/
 

Google+ WhatsApp ok.ru