Əvvəl su verdilər, sonra öldürdülər - FOTO

İşğalçı İsrail Ordusunun mətbuat xidmətinin rəhbəri Avichay Adraee twitter vasitəsi ilə yaşlı və görmə problemi olan bir fələstinli qadının fotoşəkilini paylaşıb. FaktXəbər-in məlumatına görə, mətbuat xidməti yaşlı qadına İsrail əsgərinin su verdiyi görünən foto ilə öyünərək, əsgərləri "insanlığın zirvəsində" kimi qiymətləndirib. Amma həqiqətin belə olmadığı ortaya çıxıb.
 
Avichay Adraee sözügedən şəkil barədə, "Bu fotoşəkil minlərlə sözdən artığını çatdırır. Bu fotoşəkil, Qəzzadakı "Qoruyucu xətt" əməliyyatı dövründə çəkilib", - deyə yazıb.
 
Amma bu fotonun əsl həqiqəti insanı dəhşətə salır.
 
 
Ğaliye əl-Əbd Əbu Riydə adlı, gözləri görməyən, 80 yaşlarında olduğu təxmin edilən Qəzzalı qadın Adraeenin təriflədiyi İsrail ordusu tərəfindən 3 avqust 2014-cü il tarixində amansızlıqla qətlə yetirilib. Əbu Riydənin Qəzza qətliamı zamanı İsrailin mühasirə altına aldığı Huzaa bölgəsində yaşadığı məlum olub. Həmin zaman Huzaa bölgəsində hədəf müəyyənləşdirilmədən aparılan bombardman zamanı amansızlıqla qətlə yetirilənlərdən biri də məhz Ğaliye əl-Əbd Əbu Riydə adlı kor qadın olub.
Xatırladaq ki, İsrail rejiminin 7 iyul 2014-cü ildə başlatdığı "Qoruyucu xətt" adlı hücumda Qəzzada yaşayan və əksəriyyəti mülki vətəndaş olan 2 min 145 nəfər ağır bombardmanlar nəticəsində öldürülüb. 11 min nəfərin yaralandığı bombardman 51 gün davam edib. Havadan, qurudan və dənizdən edilən bombardmanlar Qəzzada böyük bir fəlakətə səbəb olub. İsrail xüsusilə Şucaiyə və Huzaa məhəllələrini mühasirə altına alaraq, buralarda böyük mülki qətliam törədib.
 
İşğalçı İsrail ordusunun təcili yardım və xilasetmə briqadalarının girməsinə izn vermədiyi Şucaiyədə bir gündə 100-dən çox mülki vətəndaşı öldürüldü. Dünən İsrail ordusunun mətbuat katibi Avichay Adraeenin PR üçün paylaşdığı fotoşəkildəki qadın da Huzaada yaşayırdı. İsrailin bombardmanında ölənlərdən 16-sı isə Avichay həmkarları olan jurnalistlər idi.

Google+ WhatsApp ok.ru