Əl-Vifaq Cəmiyyəti: `45 nümayişçi yaralanıb` - VİDEO

Bəhreyn Əl-Vifaq Cəmiyyəti yaydığı bəyanatda Bəhreyn təhlükəsizlik qüvvələrinin şənbə günü keçirilən dinc etiraz aksiyasında gücdən istifadə etdiyini və ən azı 45 nümayişçinin yaraladığını bildirib.
 
Maide.az xəbər verir ki, son iki gündür Bəhreynin müxtəlif yerlərində keçirilən etiraz aksiyalarında  diktatorluq rejiminin daha əvvəllərdə olduğu kimi gücdən istifadə etməsi nəticəsində ən azı 45 nümayişçi yaralanıb.
 
Mitinqlər Bəhreynin Əl-Vifaq Cəmiyyətinin lideri Şeyx Əli Salmanın həbs olunmasına etiraz məqsədilə keçirilib.
 
Bəhreyn hüquq-mühafizə orqanlarının gözyaşardıcı qazdan da istifadə etdiyi bildirilir.
 
Xəbər mənbələri Bəhreyn təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı istifadəsi qadağan olunmuş silahlardan yararlandıqlarını da yazırlar.

Google+ WhatsApp ok.ru