Şeyx Əbdülmehdi Kərbəlai: `Əhli-sünnə qardaşlarımızın düşüncəsi təcavüzkarların oyununu pozurdu`

Şeyx Əbdülmehdi Kərbəlai Bəsrə şəhərinin Zübeyr bölgəsindəki şiə məscidlərinin imamlarına qarşı terror hücumlarını şiddətlə pisləyib və təhlükəsizlik qüvvələrindən hadisənin günahkarlarını dərhal həbs etmələrini istəyib.
 
Maide.az xəbər verir ki, İmam Hüseyn (ə) hərəmindəki mozisinin əsas hissəsini Şeyx Əbdülmehdi Kərbəlai Bəsrənin Zübeyr bölgəsindəki əhli-sünnə alimlərinə qarşı terror hücumuna ayırıb. O, belə danışıb: "Bəsrə şəhərinin Zubeyr bölgəsindəki məscid imamlarına qarşı terror hücumunu şiddətlə qınayırıq. Bu qardaşlarımız təmkinli idi və müxtəlif məzhəblərlə qardaşlıq yaranmasının lazım olduğuna inanan və bu fikri müdafiə edən adamlar idi. Onsuz da onlar bu mədəniyyəti rəhmət peyğəmbəri olan Həzrət Məhəmmədən (s) almışdılar. Peyğəmbərin gətirmiş olduğu dinin mayasında sevgi, tolerantlıq, qardaşlıq və bir sözlə təmkin var. Bu qardaşlarımızın müdafiə etdiyi düşüncə İraq üzərində kirli düşüncələri olan təcavüzkarların oyununu pozurdu. Mən təhlükəsizlik qüvvələrindən bu hadisəni ciddi şəkildə təqib etmələrini, hadisənin günahkarlarını dərhal tapmalarını istəyirəm. Hadisə nə qədər tez işıqlandırılsa, İraqlıların qardaşlığına qarşı yönəldilmiş bu hücumlar da o dərəcədə məqsədinə çatmayacaq."

Google+ WhatsApp ok.ru