“Qazprom”dan sərt mövqe: Avropa təəccüb içində

“Qazprom” rəhbəri Aleksey Miller Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviçə Rusiyanın rəsmi mövqeyini çatdırıb.
 
Axar.az xəbər verir ki, Miller Rusiyada Ukrayna vasitəsilə Avropaya gedən bütün qazın Türkiyəyə və Türkiyə üzərindən Yunanıstan sərhədinə ötürüləcəyini açıqlayıb. Bu informasiyadan təəccübləndiyini bildirən Şevçoviç gəlişinin məqsədinin başqa olduğunu deyib:
 
“Doğrusu, bu informasiyadan çox təəccübləndim, halbuki mən bura “Cənub axını” layihəsinin ləğvindən sonra Cənib-Şərqi Avropa üçün hansı imkanların mümkün olduğunu müəyyənləşdirmək üçün gəlmişdim”.
Şevçoviç bu təəccübünün səbəbini də izah edib:
 
“Məsələ onda deyil ki, hazırkı xətlə Ukraynadan ötürülən qaz bütövlükdə “Türk axını”na yönləndiriləcək. Söhbət ondan gedir ki, yeni boru xəttinə Türkiyəyə və Cənub-Şərqi Avropaya lazım olduğundan daha çox qaz nəqli nəzərdə tutulur”. /
 

Google+ WhatsApp ok.ru