İrəvanda xaos: yürüşlər sabah davam edəcək – Foto 14 Yanvar 2015 02:00 Dünya Bir ailənin 6 üzvünü öldürən rus hərbçisi Valeri Permyakovun Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməsi tələbi ilə bağlı başlayan yürüş-mitinq sabah davam edəcək. Axar.az erməni mediasına istinadla xəbər verir ki, bu gün İrəvandan gələn maşınların da qatıldığı və Gümrüdəki 102-ci Rusiya bazasının önündə təşkil edilən yürüş-mitinq Şirak əyalətinin prokuroru ilə uzunmüddətli danışıqlardan sonra sabaha qədər təxirə salınıb. Yürüşçülər sabah Avetisyan ailəsinin dəfnindən sonra yenidən prokurorluğun qarşısına toplaşmağa qərar veriblər. Xatırladaq ki, yanvarın 12-də Gümrüdə Rusiyanın 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirmişdi. Türkiyə ilə sərhəddə həbs edilən Permyakovun Ermənistan hüquq mühafizə orqanlarına təhvil verilməsindən imtina edildikdən sonra hərbi bazaya yürüş-mitinq təşkil edildi. Yüzlərlə maşının iştirak etdiyi yürüşdə Rusiya bayrağı ayaqlar altına atıldı, Rusiya əleyhinə şüarlar səsləndirildi. musavat / Teqlər : #İrəvanda xaos: yürüşlər sabah davam edəcək – Foto, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səud Kralının nəvəsi rejimi yıxıb-sürüdü “Qazprom”dan sərt mövqe: Avropa təəccüb içində
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO