Əfqanıstanda 3 amerika vətəndaşı öldürülüb

Əfqanıstanın paytaxtı Kabildəki Hərbi Hava Limanında bir Əfqan əsgərinin təşkil etdiyi silahlı hücumda 3 Amerika vətəndaşının öldürüldüyü, 4-nün də yaralandığı bildirilir.
 
Maide.az xəbər verir ki, hücumun dünən axşam saatlarda Əfqanıstan Hava Qüvvələrinə məsləhətçilik edən ABŞ vətəndaşlarına qarşı keçirildiyi, təcavüzkarın öldürüldüyü bildirilir. Öldürülən Amerika vətəndaşlarının ABŞ Müdafiə Nazirliyi ilə razılaşdırılmış şəkildə fəaliyyət göstərdiyi deyilir.
 
Əfqanıstan Müdafiə Nazirliyi sözçülərindən olan Dövlət Vaziri verdiyi açıqlamada ABŞ vətəndaşlarına qarşı silahlı hücumun keçirildiyini təsdiqləyib. Vaziri hadisə ilə bağlı istintaqın davam etdiyi və bu səbəbdən ətraflı məlumat vermək istəmdiyini deyib.
 
Əfqan Talibanı sözçüsü Zabiullah Mücahet isə verdiyi yazılı açıqlamada hücumu üzərinə götürərək, Kabil Hərbi Aeroportunda Taliban üzvü İhsanullah tərəfindən Amerika əsgərlərinə silahlı hücum təşkil olunduğunu açıqlayıb.
 
Sözçü Mücahet hücumu təşkil edən İhsanullahın əvvəlcədən Talibanın istəyi ilə Əfqanıstan ordusunda əsgər olaraq vəzifəyə başladığı və Talibanla əlaqəsi olduğunu bildirib.

Google+ WhatsApp ok.ru