Ərəbistanın yeni Kralı narazıları susdurmaq üçün 30 milyard ayırdı

Səudiyyə Ərəbistanının yeni kralı Salman ibn Əbdül Əziz əl-Səud hakimiyyətə gəlməsi münasibəti ilə məmurlara, tələbələrə və pensiyaçılara iki aylıq maaşlarını hədiyyə edib.
 
Maide.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, kralın əmri ilə tələbə, pensiyaçı və məmurlara 2 aylıq əlavə maaş verilməsi üçün dövlət büdcəsindən 30 milyard dollar ayrılıb. Kral həmçinin borcu olduğu üçün həbsdə olanların da borcunu silmək tapşırığı verib. Belə ki, kral 133 min dollara qədər borcu olan şəxslərin borcunu sildirib.
 
Kral öz tvitter hesabından yazdığı mesajda xalqına müraciətlə dualarında onu unutmamağı istəyib.
 
Qeyd edək ki, son zamanlar Səud rejiminə qarşı kütləvi xalq etirazları müşahidə olunur. Buna səbəb də ölkədə diktatura rejiminin hökm sürməsi, adi insan haqlarına əməl olunmamasıdır. Analitiklər hesab edirlər ki, yeni kralın dövlət büdcəsindən bu qədər mailiyyə ayırması məhz narazı kütləsinin rəğbətini qazanması üçündür.

Google+ WhatsApp ok.ru