“Proses 20% bahalaşma ilə yekunlaşsa, buna sevinmək lazım gələcək”

İqtisadçı ekspert Rövşən Ağayev manatın başına açılan oyuna şərhi verib:
 
"Qərar verilib, hökumət manatı dollar və avro qarşısında kəskin ucuzlaşdırıb (35%-ə yaxın). Müstəqil iqtisadçılar onsuz da neçə vaxtdır hökumətin bu addımı atacağını deyirdi. Düzdür, bizim gözlıntimiz indilikdə maksimum 15% idi. Bi həddi isə biz prezidentin son çıxışına isitanad edərək söyləyirdik. Çünki ölkə başçısı 1 manat=1 avro nisbətinin təmin olunmasının zəruriliyindən danışmışdı.
 
Hökumət sərt devalvasiyaya getməyə bilərdi. Sosial sarsıntılardan qaçmaq üçün ilin sonunadək manatın 10-15%-lik devalvasiyası təmin olunmalıydı. Artıq ölkədə ikirəqəqəmli inflyasiya qaçılmazdı. Xüsusilə də ərzaq bazarının ən azı 50%-i idxaldan asılı olan bu ölkədə qida məhsullarının ən azı 20% bahalanması ilə proeses yekunlaşsa, buna yalnız sevinmək lazım gələcək. Amma istənilən halda, belə sərt devalvasiyaya gediblərsə, deməli vəziyyət kənardan görüləndən daha mürəkkbədi.
 
Hökumətin rəsmi arqumenti özünü doğrultmayacaq. Söhbət devalvasiyanın ixracın stimullaşdırılmasına töhfəsindən gedir. Əvvəla, biz dünya bazarında qeyri-neft məhsullarının rəqabətində yalnız onların yüksək qiymətin görə uduzmuruq. Burda keyfiyyət amili də çox önəmlidir. İkincisi, bizim ünya bazarında rəqabət aparacaq məsullarımızın çeşidi nə qədər genişdir? Belə bir hesablama varmı ki, bu cür kəskin devalvasiya hansı məhsullarımızın dünya bazarlarında rəqabət qabiliyyətini yüksəldəcək, ən azı yaxın 2-3 ildə bu həddə devalvasiya ölkənin ixrac gəlirlərini nə qədər artıracaq, qeyri-neft ixracının ümumi ixracda payını neçə faiz artıracaq? 
Hökumət bu qədər sərt devalvasiyanın doğuracağı sosial nəticələri aradan qaıldırmağa hazırdırmı? İndi ölkədə minimum əmək haqqı 105 manat, yaşayış minimumu 131 manat müəyyən olunub. Ərzaq səbətinin dəyərdən düşməsi fonunda hökumət yaşayış minimumunun dəyərinə yenidən baxacaqmı? Minimum əmək haqqının real alıcılıq qabiliyyətini inflyasiyadan qorumaq üçün artırılacaqmı? Sosial sahədə çalışan büdcə işçilərinin məvacibləri artırılacaqmı?
 
Hələ noyabrda 2015-ci lin büdcəsinin çox riskli büdcə olduğunu yazmışdım. Hökumət "inflyasiya vergisi" hesabına həm də büdcə öhdəliyinin müəyyən hissəsini yerinə yetriməyə ümidlidi. Əslində neftin qiymətlərinə uyğun daha realist büdcə tərtib olunsa idi, şişirdilmiş büdcə öhdəliyi hökuməti indiki qədər çətin vəziyyətdə qoymazdı. Kəskin devalvasiyanın bir səbəbi büdcənin doldurulması ilə bağldı - heç şübhəsiz. Bir sözlə, bu addım uzun müddətə həyata keçirilən və resurs ölkələri üçün xarakterik olan protsiklik büdcə siyasətinin nəticəsidi. Bu siyasətin mahiyyəti odur ki, resurs gəlirləri artan kimi ən yüksək xərcləmələrə hədəflənirsə, gəlirlər azalan kimi ixtisar üçün yollar axtarırsan.
 
İkinci səbəb valyuta ehtiyatlarının sürətli əriməsindən qaçmaqla bağlıdı. Amma uzun müddət manatın sabitliyini qoruya biləcəklərsə, bu məqsədə nail ola biləcək hökumət.
 
P.S. Son 1 ayda fb müzakirələrdə müstəqil iqtisadçıları dışlayan və daşlayan adamlara bir sözüm var: təhlil imkanlarınız sizə hansı nəticələri çıxarmağa imkan verir, o nəticərdən çıxış edin. Başqalarının müstəqil analiz aparmaq və yaymaq azadlğına daşlar atmayın."

Google+ WhatsApp ok.ru