Əsgərimiz dəfn edildi

Azərbaycan ordusunun əsgəri minaya düşərək həlak olub. 22 yaşlı əsgər doğulduğu Oğuz rayonunda son mənzilə yola salınıb.

ANS TV-nin məlumatın agörə, Oğuzun Bucaq kəndində doğulub, boya-başa çatan Cavad Qocayev 7 ay əvvəl hərbi xidmətə yollanmışdı. Keçən il ali təhsilini başa vurub hərbi xidmətə yollanan 22 yaşlı Cavad cəmi 15 gün əvvəl məzuniyyətdən hərbi hissəyə qayıtmışdı. O, fevralın 25-də qulluq etdiyi cəbhənin Fizuli rayonu ərazisindəki hərbi hissədə minaya düşərək həlak olub.

“Mənim qardaşım oğlu çox vətənpərvər, qeyrətli övlad idi. Biz fəxr edirik ki, o, vətən yolunda həlak olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”, – deyə ölən əsgərin əmisi Loğman Qocayev bildirdi.

Ailənin iki oğlan evladından biri olan Cavadın qardaşı da Hərbi Dəniz Donanmasının zabitidir. Cavad Qocayevin dəfnində iştirak edən hərbi hissənin zabit heyəti onun hərbi hissədə nümunəvi əsgər kimi xidmət apardığını bildirdilər. Müdafiə Nazirliyinin nümayəndələri, xidmət etdiyi hərbi hissənin zabit əsgər heyətinin də qatıldığı mərasimdə Cavid Qoçayev bu gün Oğuz rayonunun Bucaq kəndində dəfn olundu.

Allah rəhmət eləsin!

Google+ WhatsApp ok.ru