Cəbhədən son xəbər: Mövqelərimiz atəşə tutulub 27 Fevral 2015 02:00 Hərb Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 37 dəfə pozub. Maide.az Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndində və İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Çaylı, Göyarx, Qızıl Oba, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Şuraabad, Baş Qərvənd, Sarıcalı, Cəvahirli, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb. Düşmən cavab atəşi ilə susdurulub. Teqlər : #Cəbhədən son xəbər: Mövqelərimiz atəşə tutulub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əsgərimiz dəfn edildi Atəşkəsi 55 dəfə pozan düşmən cavab atəşi ilə susdurulub
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'