Ənsarullahın sülh danışıqlarındakı nümayəndəsi öldürülüb - FOTO

Hücum edənlərin Əl-Qaidə terrorçuları olduğu deyilir

Yəmənin Ənsarullah Hərəkatının sülh danışıqlarındakı nümayəndəsi Əbdülkərim Əl-Huyevani paytaxt Sənada Əl-Qaidə terrorçuları tərəfindən açılan atəş nəticəsində dünyasını dəyişib.
 
Maide.az xəbər verir ki, hücum edənlərin Əl-Qaidə terrorçuları olduğunu qeyd edən şahidlərin sözlərinə görə, təcavüzkarlar motosikletli olublar və silahla atəş açaraq qaçıblar.
 
Qeyd edək ki, Əbdülkərim Əl-Huyevani Milli Dialoq Konfransında Ənsarullah Hərəkatının nümayəndələri arasında yer alırdı.
 
Ənsarullah Hərəkatı aylar öncə Yəməndə xalqın dəstəyi ilə dinc aksiyalar keçirərək fəsad və terrorizmlə mübarizə adıyla paytaxt Sənaya nəzarəti ələ almış və ABŞ və Səud rejiminin dəstəklədiyi Mansur Hadini istefa verməyə məcbur etmişdi.
 
 

Google+ WhatsApp ok.ru