ABŞ Konqresində `erməni soyqırımı` haqda qətnamə layihəsi hazırlanıb

Maide.az xəbər verir ki, martın 18-də ABŞ Nümayəndələr Palatasının bir qrup üzvü hazırladığı yeni qətnamə layihəsini təqdim edib.
 
Qətnamə layihəsində onlar ABŞ prezidenti Barak Obamanı 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin qətlə yetirilməsini soyqırım kimi tanımağa çağırırlar.
 
"Erməni soyqırımı: Həqiqət və Ədalət" adlanan qətnamə layihəsini 40 respublikaçı və demokrat millət vəkili dəstəkləyir. 
 
Qətnamə layihəsində 1915-ci ilin hadisələri "insanlığa qarşı cinayət" adlandırılır.
 
Sözügedən tarixi olaylara Türkiyə və Ermənistan fərqli yanaşır.
 
Ermənistan deyir ki, Osmanlı İmperiyasının yürütdüyü siyasətin nəticəsi olaraq ermənilər soyqırım ediliblər və 1,5 milyon erməni öldürülüb.
 
Türkiyə isə bildirir ki, ölənlərin sayı 3 dəfə şişirdilib. Ölüm halları əsasən köç və aclıqla bağlı olub. 
 
Obama indiyəcən çıxışlarında o dövrün hadisələrini "soyqırım" yox, "faciə" adlandırıb.
 
Ermənilərin Osmanlı İmperiyasında qətlini soyqırım kimi 20 dövlət tanıyıb. O cümlədən Rusiya.
 
ABŞ-ın 44 ştatı "soyqırım"ı tanıyıb.
 

Google+ WhatsApp ok.ru