Əfqanıstanın Daykəndi vilayətində ağır döyüşlər gedir

Taliban 20 şiəni qaçırıb

Əfqanıstan təhlükəsizlik qüvvələri ilə Taliban qrupu arasında Daykəndi vilayətində ağır toqquşmanın baş verdiyi bildirilir.
Maide.az xarici KİV-lərə istinadən məlumat verir ki, Əfqanıstanın Dayıkəndi vilayətinin Kəcran məntəqəsi meri Zamin Puya deyib ki,təhlükəsizlik qüvvələri ilə Taliban arasında döyüşlər on gündür davam edir və 500 nəfərdən çox olan bu qruplaşmanın üzvləri ağır və yüngül silahlarla təchiz olunublar. 
Zamin Puya bildirib ki, əgər Kəcrana dəstək qüvvələri ezam olunmazsa, bu şəhərin Taliban qrupu tərəfindən ələ keçirilməsi təhlükəsi var. 
Dayıkəndi Vilayət Şurasının üzvü İbrahim Rəhmani də deyib ki, bu toqquşmaların ardınca, Taliban Kəcran şəhərində 20 şiəni girov götürüb və özü ilə aparıb. 
Onun sözlərin görə,Taliban girovları Ərzqan vilayətindəki Çarçinoy şəhərinə aparıb. 
Təxminən 1 ay öncə Kabil-Qəndəhar yolunda 30 həzarə naməlum şəxslər tərəfindən oğurlanmışdı. İndiyə qədər onların taleyi barədə məlumat yoxdur./
 

Google+ WhatsApp ok.ru