Ahraruş Şam komandiri Əbu Cəmil Qütb İdlibdə öldürülüb

 Suriyanı yerlə bir edən və yüz minlərlə məsum insanın ölməsinə səbəb olan çoxmillətli terror təşkilatları ağalarını razı salmaq üçün hər gün yeni adlarla ölkəyə qan qusdurmaq davam edirlər. Çoxmillətli terror şəbəkələrindən biri olan Əhraruş Şam adlı dəstənin İdlib müharibəsinə şəxsən rəhbərlik edən komandirlərindən Əbu Cəmil Qütb bu gün baş verən qarşıdurmada öldürülüb.
 
Maide.az xəbər verir ki, dünən səhər saatlarında Əhraruş Şam, Nüsrət Cəbhəsi, Əcnaduş Şam, Cundul Əqsa və Feylakuş Şamın birləşdiyi çoxsaylı terror dəstələri tərəfindən İdlib şəhər mərkəzinə qarşı başlanan təcavüz davam edir. Üç istiqamətdən şəhərə girməyə çalışan sələfi terror təşkilatları dünən heç bir iş görməyərək, şəhər kənarından intihar hücumları ilə irəliləməyə çalışırlar.
 
 Şəhəriin müdafiə xəttini hədəf alan intiharçılar Tel Mastumə və Karmit bazaları başda olmaqla şəhər ətrafındakı müdafiə bazalarına top və intihar hücumları təşkil edərək yaxınlaşmağa çalışırlar. 

Google+ WhatsApp ok.ru