Əfqanıstanda intihar hücumu

Əfqanıstanın paytaxtı Kabildə deputat Gul Paça Məcidiyə təşkil edilən intihar hücumunda 3 nəfər həyatını itirib, Macidi də daxil olmaqla 8 nəfər yaralanıb.
 
Maide.az xəbər verir ki, Daxili İşlər Nazirliyi sözçüsü Səduq Sediki açıqlamasında paytaxtın Şah Şəhid bölgəsində intihar hücuçmusunun deputat Məcidinin də yerləşdiyi qrupun içində üzərindəki bombanı partlatdığını deyib.
 
Hücumda biri uşaq olmaqla 3 nəfər dünyasını dəyişib. Yaralanan 8 nəfər içində millət vəkili Məcidinin də olduğunu bildirən Sediki, "Deputat Məcidəi iştirak etdiyi tayfa liderlərinin görüşündən çıxaraq avtomobilinə minmək istəyirmiş. Bu vaxt bir intiharçı adamların arasına girərək üzərindəki bombanı partladıb" - deyib.
 
Millət vəkilinin hadisədə yüngül yaralandığını bildirən Sediki, "Hadisədə millət vəkilinin bir mühafizəçisi, bir uşaq və bir mülki vətəndaş dünyasını dəyişib. Xəstəxanaya aparılan yaralılardan bəzilərinin vəziyyəti ağırdır, ölü sayının artacağından ehtiyat edirik. Yaralıların arasında uşaqlar da var" söyləyib.

Google+ WhatsApp ok.ru