Aemrikada keçirilən sorğunun şok nəticəsi: Obama Putindən geridə qaldı

"Reuters" və "Ipsos"un ABŞ-da internet vasitəsiilə apardığı sorğu ölkəyə əsl böyük təhdidin Rusiya prezidenti Vladimir Putin və ya Suriya lideri Bəşər Əsəd deyil "içlərindən biri" olduğunu göstərib.
 
Maide.az xəbər verir ki, özlərinə verilən siyahıdakı ölkə, təşkilat və ya şəxslərin ABŞ-a nə qədər böyük bir təhlükə təşkil etdiyini qiymətləndirən və 1-dən 5-ə qədər xal verən 1059 Respublikaçı amerikalı prezident Obamanı işarə edib.
 
Respublikaçıların 34 faizi Obamanı, 25 faizi isə Putini, 23 faizi isə Əsədi yaxın təhdid olaraq görür.
 
1083 Demokrat ilə özünü hər hansı bir siyasi düşərgəyə aid etməyən 667 amerikalı ən çix İŞİD-i özləri üçün təhlükə görüblər.

Google+ WhatsApp ok.ru