Ənsarullah Ədənə yeni güc və təchizat göndərdi

Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinin hava hücumları davam edərkən Ənsarullah Hərəkatının Ədən şəhərinə yeni qüvvə və hərbi təchizat göndərdiyi bildirildi.
 
Maide.az xəbər verir ki, Yəmənin "Gad" xəbər saytı Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinin Ədən hava limanını bombaladığını yazıb.
 
Xəbərdə Səudiyyə Ərəbistanına aid döyüş təyyarələrinin Ədən hava limanının VIP zalı yaxınlığında eniş zolağını bombaladığı deyilir.
 
Yəmənin "Barakish" xəbər saytı da Səudiyyə koalisiyasının hücumlarına baxmayaraq, Ənsarullah Hərəkatının göndərdiyi əlavə güc və hərbi təchizatın Ədən çatdığını bildirib.
 
Xəbərdə Yəmən ordusunun Ənsarullahın dəstəyi ilə Ədən şəhərini Mansur Hadi tərəfdarı olan Xalq Komitələri ilə Əl-Qaidə terrorçularının nəzarətindən çıxarmağa çalışdığı qeyd edilir.
 
Səudiyyə koalisiyanın Ədənə qarşı hücumlarının Ənsarullah qüvvələrinin irəliləyişini dayandırmağa yönəlik olduğu bildirilir.

Google+ WhatsApp ok.ru