Azərbaycandan olan Kiyev atıcıları ömürlük həbs edilə bilərlər

Kiyev şəhərinin Peçerski rayon məhkəməsi 2015-ci ilin mart ayının 26-da atışan üç cinayətkarı həbs edib.  
 
Bu barədə Kiyev şəhər prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.
 
“Kiyevin Peçerski rayon prokurorluğunun vəsatəti əsasında üç nəfər şübhəli bilinən şəxsə qəti imkan tədbiri tətbiq edilib, onlar keçən həftə paytaxtın mərkəzində atışma aparıblar, nəticədə kiyevli həlak olub”, - məlumatda deyilir.
 
Xəbər verilib ki, onlar əvvəlcədən danışaraq avtomobildə oturub, Qorodetski küçəsində yerləşən evdən çıxacaq adamı gözləyiblər. O, tələyə yaxınlaşdığı anda cinayətkarlar odlu silahdan atəş açmağa başlayıblar.
 
Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları gəlib. Atəş açanlar hadisə yerindən saxta nömrə nişanları olan maşınlarla qaçmağa çalışsalar da tutulublar. Axtarış zamanı hüquq-mühafizə orqanı əməkdaşları avtomat və bir neçə tapança aşkar ediblər. Bu xüsusi əməliyyat keçirilən zaman milis işçisinə xəsarət yetirilib, cinayətkarlardan biri hadisə yerindən qaçmağa çalışarkən onu maşınla vurub.
 
Üç kişiyə Ukrayna Cinayət Məcəlləsinin m.15.b2, m.12.b2, m.115, m.348 (qətl məqsədi ilə hücum, hüquq mühafizə orqanı əməkdaşının həyatına bir qrup şəxs tərəfindən qəsd) üzrə ittiham irəli sürülüb, bu maddələrin sanksiyaları üzrə uzun müddət azadlıqdan həbs edilmə, hətta ömürlük həbs də nəzərdə tutulur.(oxu.az)

Google+ WhatsApp ok.ru