Ərəbistan polisi şiələrə hücum edib - FOTO

Ərəbistanda şiə bölgəsində silahlı qarşıdurmada baş verib.
 
Maide.az xəbər verir ki, Səudiyyə Ərəbistanı rəsmiləri açıqlamalarında, Katif bölgəsinin Avamiyə şəhərində 1 polisin öldürüldüyünü və 5 nəfərin də yaralandığını bildirib.
 
General Mənsur Əl-Türki isə verdiyi açıqlamada 1 polisin öldüyünü, 3 polis və 2 mülki şəxsin də yaralandığını deyib.
 
Səudiyyə Ərəbistanlı şiələr zəngin neft yataqlarının yerləşdiyi bölgələrdə yaşamalarına baxmayaraq, Səudiyyə rejiminin tətbiq etdiyi məzhəbçi siyasətlər sayəsində yoxsulluq girdabında yaşayırlar.
 
Həyata keçirilən məzhəbçi siyasətə görə şiələrin mühüm dövlət idarələrində işləməsi də qadağandır. 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru