Ərəbistan borca düşüb

Ərəbistanın büdcə çatışmazlığı proqnozlardan iki dəfə çoxdur və ötən on ildən çox bir müddətdə ilk dəfə olaraq borc bazarına üz tutmağa məcburdur.
 
Maide.az xəbər verir ki, Ərəbistanın Cəduh tədqiqat müəssisəsinin açıqlamasına görə, dünyanın ən böyük neft ixracatçısı xam neftin qiymətlərinin aşağı düşməsi səbəbindən 106 milyard dollarlıq büdcəyə malik olacaq. Belə bir halda Ərəbistan dövləti öz büdcə çatışmazlığını 39 milyard dollar proqnoz etmişdi. 
 
Ərəbistanın Cəduh tədqiqat müəssisəsinin fəsillik hesabatına əsasən, hər gün orta hesabla 7 milyon barel neft ixrac edən Ərəbistan cari milad ilində neft gəlirlərinin 35% azalması ilə neft satışı məkanından yüz yetmiş bir milyard səkkiz yüz milyon dollar əldə edəcək. Proqnoz olunmuş bu büdcə çatışmazlığının böyük bir hissəsi, yəni təqribən otuz milyard dollar, krallığa çatandan sonra ölkəninin bütün işçilərinə iki aylıq maaş miqdarında mükafat vermiş Ərəbistanın yeni kralı Kral Salmanın hərkətlərinin nəticəsidir.
 
Ərəbistanın Cəduh tədqiqat müəssisəsinin hesabatında Ərəbistanın Yəməndəki savaşının yekun xərcinə diqqət yetirilməyib. Bu hesabatda habelə Tehran ilə Qərb ölkələri arasında yekun nüvə razılaşmasının əldə olunacağı təqdirdə, İranın neft hasilatının ehtimal olunan artımı qarşısında Ərəbistanın neft istehsalının ehtimal edilən azalmasına da işarə olunmayıb. 
 
Ərəbistanın Cəduh tədqiqat müəssisəsinin proqnozları cari milad ili üçün neftin qiymətinin hər bareldə əlli yeddi dollar olmasına və ötənilki istehsaldan iki yüz min barrel çox olan gündə orta hesabla doqquz tam onda səkkiz milyon barellik istehsala əsasən tənzimlənmişdi. 

Google+ WhatsApp ok.ru