Təyyarəni partladan pilotla bağlı yeni məlumat

Keçən ay İspaniyanın Barselona şəhərindən Almaniyanın Düsseldorf şəhərinə uçan Almaniyanın Germanwings hava yolları şirkətinə məxsus təyyarənin partlamasına səbəb olan köməkçi pilot Andreas Lubitzlə bağlı yeni məlumat yayılıb. Belə ki, yayılan məlumatda,  Lubitzin  kapitan pilotun qəhvəsinə qarınağrısı dərmanı ataraq, onun tualetə getməsinə səbəb olduğu iddia edilir. Bundan sonra isə  Lubitz, qapıları bağlayaraq əsas pilotun sükana qayıtmasını əngəlləmiş və təyyarənin idarəçiliyini ələ keçirərək onu Alp dağına çırpmağa nail olub. Alman mətbuatının verdiyi xəbərə görə, bu haqda məlumat istintaqı icra edən Düsseldorf Prokurorluğu tərəfindən Lubitzə məxsus kompüterindən əldə edilib.

Google+ WhatsApp ok.ru