Əfqanıstanda 20 Taliban üzvü öldürülüb

Maide.az-ın məlumatına görə, Əfqanıstan Daxili İşlər Nazirliyi bildirib ki, ötən 24 saat ərzində Nəngərhar, Loğman, Hərat, Loger, Pektika, Zabol, Qəndəhar, Kapisa, Qunduz, Sərpol, Təxar, Covzcan, Faryab, Əruzqan və Helmənd vilayətlərində polis qüvvələri ilə Taliban qruplaşması arasında qarşıdurmalarda 11 Taliban üzvü öldürülüb, 6 nəfər yaralanıb, 2 nəfər də həbs olunub. 
 
Əfqanıstan Müdafiə Nazirliyi də bildirib ki, ordu qüvvələrinin Əfqanıstanın müxtəlif bölgələrində keçirdikləri əməliyyatda 9 talibançı öldürülüb, 11 nəfər də yaralanıb. 
 
Bu toqquşmalarda həmçinin polis tərəfindən çoxlu miqdarda silah-sursat aşkarlanaraq, götürülüb və yolkənarı 30 bomba da zərərsizləşdirilib.

Google+ WhatsApp ok.ru