`Əl-Qaidə` Səudiyyənin hücumundan sonra Yəməndə daha iki limanı tutub

"Əl-Qaidə" terror təşkilatı Yəmənin şərqində Hədramut əyalətinin inzibati mərkəzi əl-Mukəlla şəhərinin ər-Rəyyan hava limanını ələ keçirib. Bu barədə ordu mənbələri və yerli mənbələr məlumat veriblər.
 
"Al-Mayadeen" telekanalının məlumatına görə, "əl-Qaidə" bu əyalətdə əş-Şəhar şəhərini, eləcə də neft ixrac edilən əd-Dəbba dəniz limanını da tutub.
 
Mənbə bildirib ki, "əl-Qaidə" əl-Mukəlla şəhərində havadan müdafiə hərbi qərargahını da ələ keçirə bilib.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Yəmənə hücumunun ilk günlərində "əl-Qaidə" təhlükəsizlik qüvvələri və ordunun zəifliyindən istifadə edərək Hədramutda mərkəzi həbsxanaya hücum edib. Terrorçu qrup burada 800-ə yaxın üzvünü və tərəfdaşını azad edə bilib. Bundan sonra əyalətin "əl-Qaidə"nin nəzarətinə keçməsi təhlükəsi artıb.

Google+ WhatsApp ok.ru