Əyad Əlavi: ABŞ Konqresinin layihəsi İraqın ərazi bütövlüyünə zərbə vurur

İraq prezidentinin müavini ABŞ Konqesinin İraqda kürd peşmərgələri və sünnilər ilə birbaşa əlaqənin qurulması ilə bağlı layihəsini tənqid edərək bildirib ki, bu layihədə məqsəd Vaşinqtonun İraqda təhlükəsizlik, sabitlik və birliyin yaradılması məsələsində üzləşdiyi uğursuzluğu ört-basdır etməkdir.
 
Maide.az-ın məlumatına görə, Əyad Əlavi əlavə edib ki, iraqlılar xarici tərəflər və ya digər ölkələrin parlamentlərinin komissiyalarından göstəriş almırlar və ABŞ Konqresinin İraqın ərazi bütövlüyünə zərbə vuracaq, müdaxilə xarakterli layihəsini də tam qətiyyətlə rədd edəcəklər. 
 
İraq prezidentinin müavini daha sonra Fransada çıxan "Le-Fiqaro" qəzetinin ona istinadla "Heydər əl-İbadi sünnilərin sıxışdırılması siyasətini yürüdür" yazması barədə də münasibətini açıqlayıb: "Mən sadəcə bunu demişəm ki, İraqın hazırkı duruma düşməsinin səbəbi tayfa siyasətlərinin izlənilməsi olub."

Google+ WhatsApp ok.ru