Müqavilə mətninin yazılması davam edir

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Nyu-Yorkda davam edən nüvə müzakirələri haqqında, "müqavilə mətninin yazılışının davam etdiyini, ancaq hələ də bir çox mötərizə olduğunu" söyləyib.
 
Maide.az-ın məlumatına görə, Zərif, Twitter hesabından paylaşdığı qeyddə, "müqavilə mətninin yazımı davam edir. Çətin bir iş idi və hələ çox mötərizələr var. İstehsal olunan bu saxta böhranı nizamlamağa və yeni üfüqlər açmağa qərarlıyıq", - deyib.
 
Xarici işlər naziri Zərif başçılığında nüvə danışıq heyəti cümə günündən bu yana müqavilə mətninin hazırlanması üçün Nyu-Yorkda görüşləri davam etdirir.
 
İran ilə BMT-nin 5 daimi üzvü olan ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniyanın yaratdığı 5+1 qrupu aparılan müzakirələr barədə 2 apreldə razılığa gəlmişdi. Tərəflər 30 iyuna qədər yekun saziş mətnini imzalamağa hədəfləyirlər.

Google+ WhatsApp ok.ru