Ərəbistan kralının oğlu sərvət və qüdrət qaynaqlarını ələ keçirir

Maide.az-ın məlumatına görə, Ərəbistanlı bir fəal Tvitter səhifəsində ifşa edib ki, Ərəbistan kralının oğlu və Ərəbistan vəliəhdinin canişini , müdafiə naziri Məhəmməd bin Salman kral Salmanın adından bir bəyanat yayaraq, Aramko şirkətini Neft Nazirliyindən ayırıb və özünü bu şirkətin rəisi elan edib.
 
Maide.az-ın məlumatına görə, "Müctəhid" ləqəbi ilə fəaliyyət göstərən ərəbistanlı fəal Ali-Səud ailəsinin sirlərini ifşa etməsinin davamında yazıb: "Aramko şirkətində yenidənqurma işləri aparılacaq və neftin istehsalı, qiymətlərin təyin edilməsi, ixrac və idxalın qeydə alınması habelə, neft məhsullarının paylaşdırılması ilə bağlı bütün qərarlar Məhəmməd bin Salmanın başçılıq etdiyi çox məhdud bir dairənin ixtiyarında olacaq. Beləliklə, Məhəmməd bin Salman neft gəlirlərini dövlət büdcəsinə daxil olmazdan öncə, Neft Nazirliyi və Maliyyə Nazirliyinin xəbəri olmadan istədiyi hesaba köçürə bilər." 
 
"Müctəhid" əlavə edib: "Beləliklə Ərəbistan 80 il geriyə və kral Əbdüləzizin bütün neft gəlirlərinə birbaşa və şəxsən nəzarət etdiyi dövrə qayıtmış olur."

Google+ WhatsApp ok.ru