Sarkisyanın sarayına növbəti yürüş oldu

Ermənistanda "Nairit Zavodu" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları İrəvanda prezidentin iqamətgahı qarşısında növbəti dəfə etiraz aksiyası keçiriblər.
 
Kimya kombinatı kimi tanınan müəssisənin keçmiş əməkdaşları əmək haqqı borcunu ödəməyi tələb edərək, Serj Sərkisyanın oturduğu iqamətgaha doğru irəliləyib, onun istefasını tələb ediblər. Onlar bir sıra etiraz şüarları da səsləndiriblər.
 
"Nairit Zavodu" QSC-nin keçmiş mətbuat katibi Anuş Arutunyanın bildirdiyi kimi, iştirakçılar Prezident Administrasiyası qarşısından parlamentə doğru gedib, oradan isə hökumətin binası qarşısında toplaşaraq aksiyanı yekunlaşdırıblar.
 
O deyib ki, biz hansısa dəyişikliklərə ümid edərək, hər gün yığışırıq. Ancaq görünən odur ki, hələlik heç bir xəbər yoxdur. Belə olan halda aksiyalar davam etdiriləcək. Nə qədər ki, bizim maaşlarımız ödənməyəcək, aksiyalarımızı keçirəcəyik. Növbəti kütləvi aksiyamız mayın 7-də saat 11:00-da olacaq.
 
Ümumiyyətlə, bu il fevralın 6-da "Nairit Zavodu" Qapalı Səhmdar Cəmiyyətinin 1700 əməkdaşı heç bir əsas olmadan işdən çıxarılıb. Aprelin 28-də zavodun əməkdaşları əmək haqqını almadıqları üçün etiraz aksiyalarına başlayıblar.
 
Mayın 2-də polis İrəvanda etirazçılara divan tutub. Buna səbəb isə aksiya iştirakçılarının prezident Serj Sərkisyanın kefinə soğan doğraması, onun Opera və Balet Tetrı binasında təşkil olunan konsertə rahat baxmasına mane yaratması olub. Sərkisyan bundan qəzəblənib, aksiya iştirakçılarına güc tətbiq edilməsi, onları iti qovan kimi qovmaq barədə göstərişi verib.
 
Beləliklə, görünüən odur ki, Ermənistanda vəziyyət qarışıqdır. Sosial-iqtisadi vəziyyət o qədər pisləşib ki, əhalinin canı boğazına yığılıb və prezidentin, eləcə də onun quldur rejiminin istefa verməsi tələbi gündəmə gəlib.

Google+ WhatsApp ok.ru