Əfqanıstanda girov götürülmüş şiə Həzaralardan 19 nəfəri azad olunub

Əfqanıstanda iki ay yarım öncə silahlı şəxslər tərəfindən girov götürülmüş şiə Həzaralar tayfasından olan 31 nəfərdən 19 nəfəri azad olunub.
Maide.az Əfqanıstan xəbər saytlarına istinadən məlumat verir ki,  Əfqanıstan Prezidentinin müavini Sərvər Daneş deyib ki, Həzarlar tayfasından girov götürülmüş 31 nəfərdən 19 nəfəri uzun müddət danışıqlardan sonra azad edə bildik. Qalan 12 nəfərin də azadlığı üçün çalışırıq. 
Qəzni vilayətinin Cağuri şəhər başçısı Zəfər Şərif deyib ki, 19 nəfərin azadlığı üçün ağsaqqalların yardımından istifadə etmişik. “Azadlığa buraxılan şəxslərin sağlamlığı qənaətbəxşdir”.
Girov götürülmüş 31 nəfər Həzarlar tayfasından olan şiələrdir. İki ay yarım öncə Həratdan Kabilə gedərkən Zabul əyalətində silahlı şəxslər tərəfindən girov götürülmüşdülər. Qaçırılmış şiələrin vəziyyəti  Əfqanıstan KİV-ləri və sosial mediasında geniş müzakirələrə səbəb olmuşdu. Bir neçə həftə öncə isə 31 girovun ailələri Kabilin mərkəzində oturaq etiraz aksiya keçirmişdilər. Onlar hökuməti girovlarla bağlı çalışmalarının artırılmasını tələb etmişdilər. 
Qeyd edək ki, Həzaralar və ya Xəzərilər  Əfqanıstan əhalisinin  25 %-ni təşkil edən, farsdilli, türk-monqol əsilli xalqdır. Əfqanıstan İslam Respublikasında kompakt halda, az sayda Pakistanda, İranda, Tacikistanda və digər ölkələrdə yaşayırlar. 
Sayları təxminən 5,5 milyon ] nəfərdən –8 milyon  nəfərə qədərdir .
Dinləri islam, məzhəbləri şiəlikdir. Öz dillərini unutduqları üçün dari dilində danışırlar. Kabil-Herat-Həzaracat bölgələrində yaşayırlar. Qismən Qəndəhar, Nəngərhar və Bədəxşan bölgələrində də yayılmışlar./
 

Google+ WhatsApp ok.ru