Şimali Koreyanın müdafiə naziri edam olunub 13 May 2015 01:00 Dünya Koreya Xalq Demokratik Respublikasının (KXDR) silahlı qüvvələr naziri Xön Yön Çxol aprelin 30-da izdiham qarşısında zenit topundan güllələnərək edam olunub. Bu barədə “Renxap” agentliyi məlumat yayıb. Məlumata görə, vəzifəsindən azad olunan nazir KXDR lideri Kim Çen Inın iştirak etdiyi hərbi paradda yuxulamaqda ittiham olunub. Qeyd edək ki, 2013-cü ilin dekabrında KXDR Xalq Təhlükəsizlik Nazirliyinin hərbi tribunalının hökmünə əsasən, ölkə başçısı Kim Çen Inın əmisi Çan Son Txek edam edilib. Edam edilən 67 yaşlı Çan Son Txek əvvəllər Dövlət Müdafiə Komitəsi sədrinin müavini postunda çalışıb. Çan Son Txekə qarşı dövlət çevrilişi və korrupsiya ittihamı irəli sürülüb. Teqlər : #Şimali Koreyanın müdafiə naziri edam olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əfqanıstanda girov götürülmüş şiə Həzaralardan 19 nəfəri azad olunub Kuba ABŞ-a səfir göndərməyə hazırlaşır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO