Əl-Şəbab terror qruplaşması 14 İranlını qaçırıb

Somalidə Əl-Şəbab terror qruplaşması olan İran balıqçılıq gəmisini qaçırıb.Gəminin 14 ekipajı olub.
Maide.az ABNA-ya istinadən məlumat verir ki, Somali dövlətinin rəsmilərindən olan Ömər Əbdüssəməd İran balıqçılıq gəmsinin Əl-Şəbab terror qruplaşması tərəfindən qaçırılmasını təsdiqləyib. 
O deyib ki, Somali  Sahil Təhlükəsizlik Qüvvələri qayıqdan SOS çağrısı və qaçırılmasına dair məlumatı qəbul ediblər. 
İran rəsmiləri hələlik bu xəbərə münasibət bildirməyib. 
Əl-Şəbab əl-Qaidəyə bağlı terror qruplaşmasıdır. Bu qruplaşma Somalinin cənubunda və mərkəsində bəzi yerlərə nəzarət edir. /

Google+ WhatsApp ok.ru