Əfqanıstanda İŞİD taliblərin mövqelərinə hücum edib

Əfqanıstanın şərqində yerləşən Nənqərhar əyalətinə İŞİD terror qruplaşmasının silahlıları “Taliban” hərəkatının mövqelərinə hücum edib.
 
Bu barədə adıçəkilən regionun rəsmiləri bildirib.
 
İŞİD silahlıları taliblərin nəzarəti altında olan məntəqələri ələ keçirməyə çalışsalar da, şiddətli müqavimətlə rastlaşıblar.
 
Qeyd olunur ki, Nənqərhar əyalətinə İŞİD və "Taliban" arasında döyüşlər üçüncü gündür ki, davam edir.

Google+ WhatsApp ok.ru