Vatikan Fələstini bir ölkə olaraq tanıdı

Maide.az-ın məlumatına görə, Vatikan bəyanat yayaraq, Fələstini rəsmən müstəqil bir ölkə olaraq tanıdığını bəyan edib. 
 
Çərşənbə günü yekunlaşdırılan bu sənəddə bildirilir ki, Vatikan Fələstin Azadlıq Təşkilatı ilə olan diplomatik əlaqələrini Fələstin ölkəsi ilə olan diplomatik əlaqələr səviyyəsinə yüksəldib. 
 
Vatikan bundan öncə BMT Baş Assambleyasının 2012-ci ildə Fələstin ölkəsinin rəsmən tanınması üzrə qərarını müsbət qarşılamışdı. 
 
Bu yeni sənəd Vatikan və Fələstin rəsmiləri arasında müzakirə olunan və Fələstin ölkəsinin Vatikan tərəfindən rəsmən tanınmasına yol açan ilk sənəddir. 
 
Vatikanın sözçüsü Federiko Lombardi deyib: "Bu sənəd Fələstin ölkəsinin var olmasını təsdiq edən bir sənəddir." 
 
Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas şənbə günü dünya katoliklərinin rəhbəri papa Fransis ilə görüşməlidir. 

Google+ WhatsApp ok.ru